günün qəhrəmanı

a hero of the day (a person celebrating his, her name-day) именинник / именинница
günün günorta çağında
günündə olmaq (bir kəsin yerində olmaq), bir kəsin günündə olmaq (bir kəsin yerində olmaq)
OBASTAN VİKİ
Günün qəhrəmanı (film, 2014)
Günün qəhrəmanı — rejissoru Siddharth Anand və ssenari müəllifləri Abbas Tywala, Sujoy Ghosh və Suresh Nair olan 2014-cü ildə çəkilmiş hindi dilli döyüş komediya filmidir. Fox Star Studios tərəfindən istehsal olunan və 2010-cu ildə ekranlara çıxarılmış Gecə və Gündüz Amerika filminin rəsmən remeyki olan filmin baş rollarında Hritrik Roşan və Katrina Kaif, köməkçi rollarda isə Caved Jaffrey və Denni Denzonqpa çəkilmişdirlər. Xüsusi bir səhnədə isə Cimmi Şeirgil iştirak etmişdir.
Yeddinci günün adventistləri
Yeddinci Günün Adventistləri — protestant xristian məzhəbi. 1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar. İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir. 1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi, lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Ukrayna Qəhrəmanı
Ukrayna Qəhrəmanı (ukr. Герой України) — Ukraynanın ən yüksək dövlət mükafatı, ali fərqlənmə nişanı. Знаки отличия Президента Украины «Герой Украины» Звання «Герой України» (ukr.) Кавалеры Золотой Звезды.
Günün cəngavəri (film, 2010)
Günün cəngavəri (ing. Knight and Day) — Ceyms Menqoldun rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan döyüş komediya filmi. Tom Kruz təsadüfən adi bir qızla — Kameron Diazla tanış olan qəhrəman gizli agentdir və o tanış olduğu həmin qızı tükənməz enerji mənbəyi yaratmağın açarı olan super güclü batareyanı öz cinayətkar məqsədləri üçün istifadə etməyə çalışan cinayətkarlardan mühafizə etmək vəzifəsinə cəlb edir. Filmdə deyilir ki, bu akkumulyator hətta kiçik bir şəhəri də mütəmadi olaraq enerji ilə təmin etməyə qadirdir: bu batareyanı ələ keçirmək üçün bundanda gözəl səbəb ola bilərmi? Gizli agent batareya ilə birlikdə onu yaradan gənc alimi — yenicə məktəbi bitirmiş və təkbaşına yaratdığı batareyasını onlardan müdafiə edə bilməyən cinayətkarlardan mühafizə etməlidir. Bu zaman agentlə qız arasında sevgi münasibətləri də yaranır, lakin onlar bu münasibətləri ön plana çəkmirlər, onların əsas vəzifəsi batareyanı cinayətkarlardan hifz etməkdir.
Azərbaycanın Milli Qəhrəmanı
Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının fərqlənmə dərəcəsi. Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında əsasnamə Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq edilmişdir. "Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir: xüsusi fərqlənmə nişanı — səkkizguşəli "Qızıl Ulduz" medalı; "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Fərman. "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir. Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. "Qızıl Ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır. "Azərbaycanın Milli Qəhrəmanı" adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
Ermənistanın Milli Qəhrəmanı
Ermənistanın Milli Qəhrəmanı (erm. Հայաստանի ազգային հերոս) — Ermənistanın yüksək titulu. Titul haqqında qanun 1994-cü il aprelin 22-də prezident Levon Ter-Petrosyan tərəfindən imzalanıb. Mükafat Ermənistanın müdafiəsində, dövlət aparatının möhkəmləndirilməsində, milli dəyərlərin qorunub saxlanmasında və təbliğində müstəsna xidmətlər göstərənlərə verilir. Titul ilə yanaşı, onu alanlar Vətən ordeni alırlar. O, Ermənistan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Sovet İttifaqı Qəhrəmanı mükafatının erməni varisi kimi yaradılmışdır. Bu titulun ilk sahibi 28 iyul 1994-cü ildə erməni kilsəsinin rəhbəri katolikos I Vazgen olmuşdur.
Fransa Qəhrəmanı (1975)
Film Azərbaycan xalqının igid oğlu, Fransa müqavimət hərəkatının iştirakçısı, Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuşdur. Şəki bölgəsində doğulub boya-başa çatmış, müharibəni Fransada, partizan dəstəsində keçirən Ə.Cəbrayılov Fransanın ən yüksək orden və medallarına layiq görülmüşdür. Filmdə qəhrəmanın yenidən Fransa torpağında döyüş yoldaşları, silahdaşları ilə görüşdüyü anlar da öz əksini tapmışdır. Ssenari müəllifi: Nadejda İsmayılova, Xamiz Muradov Rejissor: Xamiz Muradov Operator: Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov Assistent: Rasim Qədirli Operator assistenti: Yuri Varnovski Montaj edən: Elmira Məmmədova Redaktor: Fikrət Sadıq Filmin direktoru: Əvəz Məmmədov Mətni oxuyan: Həsənağa Turabov (titrlərdə yoxdur) Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu (titrlərdə yoxdur) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Həcər (xalq qəhrəmanı)
Həcər (doğum 1840, Qubadlı, Yuxarı Mollu. — ölüm 1914, Qubadlı, Aşağı Mollu.) — Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı. Həcər Qaçaq Nəbi ilə birlikdə əlinə silah götürüb iyirmi beş ildən artıq at belində qaçaq həyatı keçirmiş, Azərbaycandakı kəndli hərəkatında fəal iştirak etmişdir. Azərbaycanda qaçaq hərəkatının igid iştirakçılarından biri olan Həcər 1840-cı ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı Ortabab kəndli idi. Nəbi ilə Həcər Nəbinin valideynləri vəfat edəndən sonra evlənmişdilər. Ailələrin iqtisadi cəhətdən fərqli durumda olmaları bir-birini sevən iki gəncin ailə qurmasına mane ola bilməmişdir. Çar hökuməti və yerli məmurlar Nəbini ələ keçirmək üçün dəfələrlə Həcəri qazamata salsalar da, istəklərinə nail ola bilməmişlər. Sonradan Həcər də Nəbinin dəstəsinə qoşularaq onun ən yaxın silahdaşına çevrilmişdir. 1894-cü ildə Nəbinin dəstəsi Cənubi Azərbaycandan Naxçıvana qayıdarkən ehtiyat tədbiri olaraq Qaçaq Nəbi dəstəsini iki hissəyə bölmüş, dəstənin birinə özü, digərinə isə Həcər başçılıq etmişdir.
Kəndimizin Qəhrəmanı (1971)
Muğan Qəhrəmanı (1973)
Televiziya filmi məşhur energetik Sarvan Salmanova həsr edilmişdir.
Qazaxıstan Xalq Qəhrəmanı
Qazaxıstan Xalq Qəhrəmanı — Qızıl Qartal ordeni və "Qazaxıstanın Əmək Qəhrəmanı" titulu ilə birlikdə Qazaxıstanda ən yüksək fərq dərəcəsi. "Xalq Qəhrəmanı" adı Qazaxıstan Respublikasındakı müstəsna xidmətlərinə, azadlığı və müstəqilliyi naminə silahlı döyüşlərə görə verilir. "Xalq qəhrəmanı" adına layiq görülən şəxslərə xüsusi fərqlənmə nişanı verilir. Onlara "Qızıl Ulduz" (Altın Juldyz) və Vətən Ordeni ("Otan" ordeni). təqdim olunur. Ən yüksək fərqlənmə dərəcəsi - "Xalq Qəhrəmanı" adı 1 aprel 1993-cü il tarixli "Qazaxıstan Respublikasının Dövlət Mükafatları haqqında" Qazaxıstan Respublikasının 2069-XII saylı Qanunu ilə təsis edilmişdır. Fəxri ad Qazaxıstan qarşısında üstün xidmətlərinə görə - mülki və ya hərbi həyatda qəhrəmanlıq göstərərək fərqlənən şəxslərə təqdim edilir. 12 dekabr 1995-ci ildə əvvəlki normativ hüquqi aktı ləğv edən və mövcud mükafatlara əlavə yeni təsis edən "Qazaxıstan Respublikasının dövlət mükafatları haqqında" 2676 saylı yeni qanun qəbul edildi. Qızıl Qartal (Qızıl Qıran) ordeni, "Xalq Qəhrəmanı" titulu ilə birlikdə ən yüksək fərqlənmə nişanları kimi təyin olundu. Xalq Qəhrəmanının "Qızıl Ulduzu" ilə bərabər "Vətən ordeni"ni təqdim etməyə başladılar.
Qazaxıstan Əmək Qəhrəmanı
Qazaxıstan Əmək Qəhrəmanı(qaz. Қазақстанның Еңбек Ері) — Qazaxıstan Respublikasının iqtisadi, sosial və humanitar inkişafında göstərilən nailiyyətlərə görə verilən Qazaxıstan Respublikasının ən yüksək fərq dərəcəsi. "Qızıl Qartal ordeni" ordeni və "Xalq Qəhrəmanı" titulu ilə yanaşı ən yüksək fərq nişanıdır. 1 dekabr 2008-ci ildə təsis edilmişdir. "Əmək Qəhrəmanı" adına layiq görülən şəxslərə xüsusi fərqlənmə nişanı verilir. Onlara "Qızıl Ulduz" (Altın Juldyz) və Vətən Ordeni ("Otan" ordeni) təqdim olunur. Xüsusi fərqlənmə nişanı - Qızıl ulduz "Қазақстанның Еңбек Ері" birləşdirici keçidlə bərkidilmiş asqıdır. Kulon, yeddi şüalı həcmli ulduz şəklində qızıl ərintisindən hazırlanır. Ön tərəfi qabarıq, hamar dihedral şüaları olan, almaz kəsimini təqlid edən relyef naxışı ilə bəzədilmişdir. Ulduzun ortasında içərisi relyef lentlə bağlanmış buğda sünbül çələngi ilə hörülmüş dairə var.
Qazaxıstanın Əmək Qəhrəmanı
Qazaxıstan Əmək Qəhrəmanı(qaz. Қазақстанның Еңбек Ері) — Qazaxıstan Respublikasının iqtisadi, sosial və humanitar inkişafında göstərilən nailiyyətlərə görə verilən Qazaxıstan Respublikasının ən yüksək fərq dərəcəsi. "Qızıl Qartal ordeni" ordeni və "Xalq Qəhrəmanı" titulu ilə yanaşı ən yüksək fərq nişanıdır. 1 dekabr 2008-ci ildə təsis edilmişdir. "Əmək Qəhrəmanı" adına layiq görülən şəxslərə xüsusi fərqlənmə nişanı verilir. Onlara "Qızıl Ulduz" (Altın Juldyz) və Vətən Ordeni ("Otan" ordeni) təqdim olunur. Xüsusi fərqlənmə nişanı - Qızıl ulduz "Қазақстанның Еңбек Ері" birləşdirici keçidlə bərkidilmiş asqıdır. Kulon, yeddi şüalı həcmli ulduz şəklində qızıl ərintisindən hazırlanır. Ön tərəfi qabarıq, hamar dihedral şüaları olan, almaz kəsimini təqlid edən relyef naxışı ilə bəzədilmişdir. Ulduzun ortasında içərisi relyef lentlə bağlanmış buğda sünbül çələngi ilə hörülmüş dairə var.
Rusiya Federasiyasının Qəhrəmanı
Rusiya Federasiyasının Qəhrəmanı (rus. Герой Российской Федерации) – Rusiya Federasiyasında təqdim olunan ən yüksək fəxri ad. Bu ad Rusiya Federasiyası Prezidentinin qərarnaməsi ilə "Rusiya dövlətinə və onun xalqına xidmət edən, qəhrəmanlıq nümayiş etdirmiş" şəxslərə verilir. Mükafata layiq görülmək üçün Rusiya Federasiyasının vətəndaşlığında olmaq məcburi deyildir. Bu fəxri ada təsis olunduğu 20 mart 1992-ci il tarixindən indiyə qədər 1090 nəfər layiq görülmüşdür. "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adı 5 may 1934-cü il tarixində Sovet İttifaqı Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsis edilmiş "Sovet İttifaqı Qəhrəmanı" fəxri adının davamçısı hesab olunur. Hazırkı medalın üzərində olan "Qızıl Ulduz" da məhz Sovet dizaynıdır. "Qızıl Ulduz" memar Miron Merjanov tərəfindən dizayn olunmuş və 1 avqust 1939-cu il tarixində Ali Sovetin Rəyasət Heyəti tərəfindən təsdiq olunmuşdur. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin 20 mart 1992-ci ildə Rusiya Federasiyasının 2553-1 saylı Qanununa əsasən bu mükafatı təyin etdi. Rusiya Konstitusiyasının 71-ci maddəsi titul, orden və medalların hökumət tərəfindən təqdim olunmasına icazə verir.
Sosialist Əməyi Qəhrəmanı
Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad. Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi. SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır. Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.
Sovet İttifaqı Qəhrəmanı
Sovet İttifaqı Qəhrəmanı (rus. Герой Советского Союза) — SSRİ-də müharibə əməliyyatları zamanı, eləcə də sülh dövründə şücaət göstərdiyinə və ya üstün xidmət göstərdiyinə görə verilən ən yüksək dərəcədir. Sovet İttifaqı Qəhrəmanı adı ilk dəfə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 16 aprel 1934-cü il tarixli Fərmanı ilə təsis edildi, Sovet İttifaqı Qəhrəmanı üçün əlavə bir fərq nişanı — Qızıl ulduz medalı — SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 avqust 1939-cu il tarixli Fərmanı ilə təsis edildi. Mükafat eskizinin müəllifi memar Miron İvanoviç Merjanovdur. 14 aprel 1934-cü ildə Çelyuskin gəmi heyətinin üzvlərinin və sərnişinlərin xilas edilməsində iştirak edən 7 qütb pilotuna Sovet dövlətinin rəhbərləri (İ. Stalin, V. Molotov, K. Voroşilov, V. Kuybışev və A. Jdanov) tərəfindən vurulan açıq bir teleqramın mətni milli qəzetlərin ilk səhifələrində yayımlandı: 16 aprel 1934-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı rütbəsi aşağıdakı redaktə ilə təsis edildi: "Ən yüksək fərqlənmə dərəcəsini təyin etmək — dövlətə fərdi və ya kollektiv xidmətlər göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı rütbəsi vermək". Fərqlənmə nişanları verilmədi — yalnız SSRİ Mərkəzi İcraiyyə Komitəsindən bir sertifikat verildi. Sovet İttifaqı Qəhrəmanlarının "SSRİ-nin iki ordeni ilə təltif olunan şəxslər üçün müəyyən edilmiş hüquq və imtiyazlardan istifadə etdikləri" də qeyd edildi. "Lenin" ordeni Sovet İttifaqı Qəhrəmanı adı ilə birlikdə 1936-cı il iyulun 29-da tətbiq olunan Sovet İttifaqı Qəhrəmanı adı haqqında Əsasnamədən əvvəl mükafatlandırılan 11 pilotun hamısına təqdim olundu. Bu nəşrdən başlayaraq bu ada layiq görülən vətəndaşlar "Lenin" ordeninə etibar etmək məcburiyyətində qaldılar. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 avqust 1939-cu il tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanları üçün xüsusi bir fərqləndirici mükafat — "Sovet İttifaqı Qəhrəmanı" medalı təsis edildi.
Vətən Müharibəsi Qəhrəmanı
Vətən Müharibəsi Qəhrəmanı — Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. 20 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisində "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında qanun layihəsi irəli sürülmüş və Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli 205-VIQ nömrəli Qanunu ilə təsis olunmuşdur. Qanun Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2020-ci il tarixli Fərmanı ilə tətbiq edilmişdir. "Vətən Müharibəsi Qəhrəmanı" adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir. Ad müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə "Vətən Müharibəsi Qəhrəmanı" medalı və adın verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı təqdim olunur. "Vətən Müharibəsi Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir və bu adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. "Vətən Müharibəsi Qəhrəmanı" adına 83 nəfər layiq görülmüşdür.
Bolqarıstan Respublikasının Qəhrəmanı
Bolqarıstan Xalq Respublikasının Qəhrəmanı (bolq. Герой на Народна република България) — Bolqarıstan Respublikasının mükafat sistemində ən yüksək fəxri addır. VI Böyük Millət Məclisi Rəyasət Heyətinin 15 iyun 1948-ci il tarixli fərmanı ilə təsis edilmişdir. Bolqarıstan Xalq Respublikasının müdafiəsində göstərdiyi şücaət və xidmətlərə görə Bolqarıstan və xarici vətəndaşlara həmçinin və onun müttəfiqləri verilir. Fəxri ad nişanı 34 mm diametrli stilizə edilmiş beşguşəli ulduz formasına malikdir. Arxa tərəfdə 3 sətirdə aşağıdakı kimi "Hero Of NR Bulgaria" yazılmışdır.
Kuba Respublikasının Qəhrəmanı
Kuba Respublikasının Qəhrəmanı (isp. Heroe de la Republica de Kuba) — fəxri mükafat Kuba Respublikası Kuba dövləti və Cəmiyyəti adından qəhrəmanlıq göstərənlər üçün yaradılmış mükafatdır. Mükafat çox az adama verildi. Aşağıdakı adlar mükafata layiq görülənlər arasındadır: Arnaldo Tamayo Méndez, Interkosmos kosmik proqramının bir hissəsi olaraq Soyuz 38 ilə kosmosa çıxan ilk Kuba, Latın Amerikası və qaradərili kosmonavtdır.
Azərbaycan Milli Qəhrəmanı
Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının fərqlənmə dərəcəsi. == Təsis edilməsi == Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. == Əsasnaməsi == "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında əsasnamə Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq edilmişdir. "Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir: xüsusi fərqlənmə nişanı — səkkizguşəli "Qızıl Ulduz" medalı; "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Fərman. "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir. Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. "Qızıl Ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır. "Azərbaycanın Milli Qəhrəmanı" adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
Günün soyuq işığı (film, 2012)
Günün soyuq işığı (ing. The Cold Light of Day) rejissor Mabrouk El Meçrinin çəkdiyi 2012-ci il ABŞ və İspaniya istehsalı olan döyüş/triller filmidir. Vill Şau ailəsi ilə birgə yay tətilini keçirtmək üçün İspaniyaya gedir. Qayıqda olarkən üzərək sahilə gələrək dərman alan Vill geri qayıtdıqda qayıqda heç kimin olmadığını görür. Ailəsini mafiya tərəfindən qaçırıldığını öyrənir və ailəsi qarşılığında bir vacib çamadanı taparaq həmin adamlara verməlidir. Həm sağ qalmaq həm də ailəsini xilas etməyə çalışan Vill eyni zamanda da atasının bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyini öyrənir. Bundan başqa atasının başqa qadından olan qızı ilə təsadüfən tanış olur və birlikdə bu çətin vəziyyətdən çıxmağa çalışır. Henri Kavill — Vill Şau Siqurni Uiver — Ciin Karrak Brüs Villis — Martin Şau Veronica Eçegui — Lusiya Kaldera Karolina Quddal — Laurie Şau Rafi Qavron — Caş Şau Oskar Cineda — Maksimo Lolo Herrero — Reynaldo Mark Ullod — Visente Emma Hamilton — Dara Kollins Cosef Maule — Qorman Maykl Budd — Esmael Aleks Amaral — Kesar Cim Piddok — Meskler Paloma Bloid — Kristiana Rosçidi Zem — Zahir Kolm Meaney — Mərkəzi Kəşfiyyat İdarəsinin Agenti «Günün Soyuq İşığı» — Internet Movie Database saytında.
Üçüncü günün adamı (film, 2017)
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Dördqat Sovet İttifaqı Qəhrəmanı
Dördqat Sovet İttifaqı Qəhrəmanı (rus. Четырежды Герои Советского Союза) — 2 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Dördüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə dörd dəfə "Qızıl Ulduz" medalı verilir.
Fransa qəhrəmanı (film, 1975)
Film Azərbaycan xalqının igid oğlu, Fransa müqavimət hərəkatının iştirakçısı, Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuşdur. Şəki bölgəsində doğulub boya-başa çatmış, müharibəni Fransada, partizan dəstəsində keçirən Ə.Cəbrayılov Fransanın ən yüksək orden və medallarına layiq görülmüşdür. Filmdə qəhrəmanın yenidən Fransa torpağında döyüş yoldaşları, silahdaşları ilə görüşdüyü anlar da öz əksini tapmışdır. Ssenari müəllifi: Nadejda İsmayılova, Xamiz Muradov Rejissor: Xamiz Muradov Operator: Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov Assistent: Rasim Qədirli Operator assistenti: Yuri Varnovski Montaj edən: Elmira Məmmədova Redaktor: Fikrət Sadıq Filmin direktoru: Əvəz Məmmədov Mətni oxuyan: Həsənağa Turabov (titrlərdə yoxdur) Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu (titrlərdə yoxdur) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.